Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı Qırğızıstanda nəşr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, müəllifi Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri Qafar Əliyev olan kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilib.
Azərbaycanın dostları haqqında məqalələrin yer aldığı kitabı Mukan Asanaliyev tərcümə edib.