Çinin Xınan vilayətində dünyanın ən uzun dairəvi şüşə körpüsü inşa edilib.

Sinmi şəhərindəki dağ-turizm mərkəzində yerləşən körpü iyunun 16-da istifadəyə veriləcək. Yerdən 360 metr hündürlükdə, dağ səthindən 30 metr çıxıntıda yerləşən körpü cəsarətli səyahət həvəskarlarına “səmada gəzinti” hissini yaşadacaq.

Qeyd edək ki, bu, ABŞ-dakı Böyük Kanyonda olan analoji körpüdən 9 metr uzundur.