Türkiyənin Rizə vilayəti Çamlıhəmşin bölgəsində keçirilən ənənəvi “Ayder Mədəniyyət, Sənət və Təbiət Festivalı” bu dəfə də coşqu ilə keçib.

Ayder yaylasında düzənlənən festivalın ən rəngli anları həmişəkitək məşhur öküz güləşi olub. 50-dək öküzün qatıldığı yarışları 2 mindən çox insan izləyib. Beş yaş dərəcəsində qalib gələn öküz sahiblərinə ümumilikdə 50 min lirə pul verilib.

Güləşləri izləyən Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak 24-cü dəfə keçirilən “Ayder Mədəniyyət, Sənət və Təbiət Festivalı”nın bölgə üçün önəmli ənənə olduğunu söyləyib.

MEHPARƏ