“Bakı, mən səni sevirəm” kino layihəsində filmlərin səsləndirilməsi prosesi başa çatıb. Layihənin mətbuat katibi Şahnaz Abdullayevanın bildirdiyinə görə, səsləndirməyə Türkiyənin tanınmış aktrisası Eyşam Özhim də dəvət edilib. 
   Hazırda Moskvada layihənin son ştrixləri vurulur. “Bakı, mən səni sevirəm” kino layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Ekran əsərlərinin fevral ayında təhvil verilməsi nəzərdə tutulub.
   Layihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubevdir. Rejissorları isə Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov (Azərbaycan), Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalodur (İtaliya).







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar