“Xəzər” dünya ədəbiyyatı dərgisinin elektron versiyası iyun ayından etibarən ABŞ-ın “EBSCO” (Elektron kitab, jurnal və portalların Dünyaya Yayımı Mərkəzi) kitabxanalarında oxucuların istifadəsinə verilib.

Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, yayımın məqsədi “Xəzər” dərgisinin dünya oxucusuna tanıdılmasıdır. Jurnal, həmçinin Türkiyənin Ankara, Memar Sinan, Qazi, Mərmərə və digər 36 universitetinin elektron kitabxanalarına yerləşdirilib.