Komrat şəhərində qaqauz dilinin ilk izahlı lüğəti təqdim edilib. Rəsmi terminlərdən məişətdə işlədilən ifadələrədək təxminən 7 min sözün daxil olduğu nəşr 5 min nüsxə tirajla çap edilib.

Qaqauz Xalq Məclisinin deputatı və izahlı lüğətin tərtib edilməsinin təşəbbüsçüsü İvanna Köksalın dediyinə görə, lüğət büdcədən vəsait ayrılmadan hasilə gəlib. Müəlliflər – jurnalistlər və qaqauz dili müəllimləri lüğət üzərində zəhmət haqqı almadan çalışıblar.

İndiyədək qaqauz dilində sahə və terminologiya üzrə xeyli lüğət nəşr edilsə də, izahlı lüğət tərtib edilməmişdi. Yerli kitabxana və tədris müəssisələrinə paylanılacaq lüğət qaqauz xalqına ana dilini daha mükəmməl öyrənməkdə kömək edəcək.

GÜLCAHAN