Çinin Tsindao şəhərində keçirilən beynəlxalq kinofestivalda Qırğızıstandan olan aktyor Akılbek Abdıkalıkov “Ən yaxşı kişi rolu” mükafatına layiq görülüb. Ahıl yaşlı aktyor bu mükafatı bir neçə beynəlxalq festivalda uğurla nümayiş etdirilən və mükafatlar qazanan “Gecə baş verən qəza” filmindəki baş rolun ifasına görə alıb.

Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin kinofestivalında səkkiz iştirakçı və dörd müşahidəçi ölkənin kinematoqrafçıları iştirak edib. Qırğızıstan bu kinoforumda 20 beş filmlə təmsil olunub. Filmlərdən ikisi – “Gecə baş verən qəza” (rejissor Temir Birnazarov, 2017) və “Ananın axtarışında” (rejissor Ruslan Akun, 2017) müsabiqə proqramına qatılıb.   

Akılbek Abdıkalıkovun çəkildiyi filmdə əhvalat tənha Qoca ilə qəribə Qızın ətrafında baş verir. Qoca gecə vaxtı qəsəbədən keçən yolda yaralı Qıza rast gəlir. Qoca Qızı evinə gətirib ona qulluq edir və özü də bilmədən qıza aşiq olur.

Gülcahan MİRMƏMMƏD