“Tək olanda darıxma” adlı yeni televiziya serialı çəkilir. 60 seriyadan ibarət olacaq ekran əsəri “Space” televiziya kanalında yayımlanacaq. Layihənin ideya müəllifi və bədii rəhbəri tanınmış rejissor, Xalq artisti Vaqif Mustafayevdir.
Ekran əsəri gözlənilmədən valideynlərini itirən uşağın başına gələn hadisələrdən, onun qohumları, həmyaşıdlar və ətraf aləmlə münasibətlərindən bəhs edir. Serialın çəkilişləri İstanbul, Şamaxı və İsmayıllıda həyata keçirilib.
Ssenari müəllifi Eyyub Qiyas, rejissorlar Nadir Diridağlı və Asif Rəhimov, operator Elçin Əliyev, baş prodüser Kamil Haqverdiyev, icraçı prodüser Arzu Qulamovdur. Teleserialda Rüfət Məmmədov, Nailə İslamzadə, Levent Taşçı, Ayşad Məmmədov, Nuridə Əhmədova, Roza Zərgərli, Abbas Qəhrəmanov, Aydın Əliyev, Məhərrəm Əliyev, Kəmalə Hüseynova və Vidadi Həsənov çəkiliblər.