Yanvarın 31-dən fevralın 10-dək İranın paytaxtı Tehranda ənənəvi Fəcr beynəlxalq kino festivalı keçiriləcək. 
   Dünyanın 30-dan çox ölkəsindən rejissorların iştirak edəcəkləri festivalın əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin nümayişinə, Asiya ölkələri arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır.
   Komediya, sənədli, idman və uşaq filmlərinin nümayiş etdiriləcəyi festivalda ölkəmiz Rusiyada yaşayan həmvətənimiz, rejissor və prodüser, beynəlxalq kino müsabiqələrinin laureatı Rodion İsmayılovun “Köç” sənədli filmi ilə təmsil olunacaq.
   2010-cu ildə “DS film” studiyasında istehsal olunan “Köç” filmi Azərbaycanın qədim adət-ənənələrini özündə əks etdirir. Ekran əsərində ömrü boyu yaylaqlardan qışlaqlara köç edən çobanların çətin və maraqlı taleyi işıqlandırılıb. 52 dəqiqəlik filmin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. “Köç” bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş olunub.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar