Seçmələr mətnlərin orijinallığı (yazı üslubu, orfoqrafiyası) saxlanılmaqla təqdim edilir. Dövrün mətbu nümunələrinin əldə olunmasında göstərilən köməyə görə Milli Kitabxanaya təşəkkür edirik.

40 il əvvəl...

Ümumittifaq sərgisi üçün

 

Görkəmli rəssamlardan Tahir Salahovun “Koroğlu” operasının, M.Abdullayevin “Çitra”, T.Nərimanbəyovun “Yeddi gözəl” baletlərinin, Ə.Fətəliyevin “Sevil” və “Bahadur və Sona” operalarının tamaşalarına verdikləri tərtibat eskizləri Moskvada manejdə açılacaq teatr və kino rəssamlarının Ümumittifaq sərgisində göstəriləcəkdir.

Həmin sərgidə K.Nəcəfzadənin, E.Rzaquliyevin, R.İsmayılovun, ümumiyyətlə Azərbaycandan 26 müəllifin 80-ə yaxın əsəri də nümayiş etdiriləcəkdir.

 

Filarmoniyada Ağdam günləri

 

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası

İyulun 10 və 11-də Ağdam günləri

İştirak edirlər:

Ağdamın xalq çalğı alətləri ansamblı, “Şur” muğam ansamblı, birləşmiş xor, rəqs qrupu, zurnaçılar dəstəsi, aşıqlar dəstəsi, solistlər.

Konsertlər axşam saat 8:30-da başlanır. Biletlər satılır. 

“Bakı” qəzeti, 10 iyul 1978-ci il

Hazırladı: LALƏ