Oktyabrın 23-24-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” operası nümayiş etdiriləcək.
Teatrın saytında yer alan məlumata görə, oktyabrın 23-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir.