İyulun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Yay klassikası” adlı konsert proqramını təqdim edəcək.

Konsertdə məşhur bəstəkarlar İohan Sebastyan Bax, Lüdviq van Bethoven və Jül Massnenin bənzərsiz musiqilərinə yer veriləcək.

Musiqisevərlər gənc ifaçılar Günel Bəkirova (piano) və Aydan Salamovanın (skripka) təqdim edəcəyi musiqi nömrələrini dinləyə biləcəklər.