Gürcüstanın Batumi şəhərində keçirilən “Qızıl ulduz” yarışmasında Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ölkəmizdən bir neçə qrup iştirak edib.

Assosiasiyadan bildirilib ki, artıq üç ildir təşkil olunan müsabiqəyə güclü kollektivlər qatılır. Yarışmada Azərbaycanı “Buta” rəqs ansamblı, “Aysel” və “Sevinc” rəqs qrupları təmsil ediblər.

Balaca rəqqaslarımız vətənə diplomlarla dönüblər.