Böyük rus yazıçısı Lev Tolstoyun Yasnaya Polyanadakı (Tula vilayəti) ata-baba mülkü artıq neçə illərdir ki, dünyanın müxtəlif ölkələrindən gələn yüzlərlə qonağın görüş yerinə çevrilib. Yazıçı burada doğulub, yaşayıb-yaradıb və dəfn olunub. Bu məkan Lev Tolstoyun muzey-malikanəsi, memorial və təbiət qoruğu kimi fəaliyyət göstərir.

Qurultaya toplaşan ruslar, fransızlar, almanlar, çexlər, belçikalılar, danimarkalılar və uruqvaylılar ya birbaşa “Hərb və sülh” romanının müəllifinin nəslinin, ya da Tolstoyların qollu-budaqlı nəsil şəcərəsinin digər şaxələrinin nümayəndələridir.

Bu böyük ailənin nümayəndələrinin görüşü soy-kök ənənələrinin əhəmiyyəti və qohumluq əlaqələrinin qorunub saxlanılması örnəyidir. Çoxsaylı qohumlar forum çərçivəsində Tolstoylar sülaləsinin tarixi və bu ailənin ən tanınmış nümayəndəsi Lev Tolstoyun yaradıcılığı ilə tanış olacaqlar.

Qonaqlar ustad dərslərində, mühazirələrdə, festivalda iştirak edəcəklər.

Qurultayın birinci günü, iyulun 18-də qonaqlar üçün Yasnaya Polyana muzey-malikanəsinə ekskursiya təşkil edilib. Forum iyulun 22-də başa çatacaq.