Qazaxıstandan olan “Bastau” adlı gənc dombraçı dueti Hollivudda keçirilən beynəlxalq müsabiqədə qızıl medal qazanıb.

Duetin prodüseri Alpamıs Şarimov bildirib ki, müsabiqədə dünyanın 72 ölkəsinin təmsilçisi iştirak edib: “Bizim dombra Hollivudda pyedestala qalxdı. Biz öz nominasiyamızda qızıl medal qazandıq. Biz öz qələbəmizi Dombra gününə həsr edirik”.

Yeri gəlmişkən, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sərəncamı ilə bu ildən etibarən iyul ayının ilk bazar günü ölkədə Dombra günü kimi qeyd edilir.