Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrı sentyabrın ortalarında Özbəkistan paytaxtında qastrol səfərində olacaq.

Daşkənd teatrsevərləri sentyabrın 14-də Özbəkistan Akademik Milli Dram Teatrının səhnəsində rejissor Farid Bikçantayevin quruluşunda “Mavi şal” tamaşasına baxa biləcəklər. Karim Tinçurinin 1926-cı ildə qələmə aldığı bu pyes tatar teatrının rəmzi sayılır. Doxsan ildən bəri tamaşaçı marağının azalmadığı pyes artıq əfsanəyə çevrilib. Pyes əbədi cavan və gözəl milli kişi və qadın idealının, xalqın azadlıqsevər ruhunun, həmçinin Rusiyanın bütün regionlarındakı tatarları birləşdirən doğma torpağa məhəbbətinin kodlarını daşıyır.

Sentyabrın 15-də yenə də F.Bikçantayevin quruluşunda İ.Zayniyevin “Gecikmiş yay” tamaşası göstəriləcək.

Ayın 16-da isə tamaşaçılar A.Gilyazovun “Xoruz çəpərə qondu” tamaşasına baxa biləcəklər.