Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Cizgi filmləri həftəsi" davam edir. “Azanfilm” studiyasının direktoru Fariz Əhmədovun sözlərinə görə, fevralın 11-də təşkilatçı nümayəndələr müxtəlif məktəblərdə açılış mərasimində iştirak ediblər: “Nərimanov rayonu 200 və 43 saylı məktəblərdə iştirak etdim. Hər məktəbdə gün ərzində 5 seans həyata keçirilib. Filmlərin nümayişindən sonra məktəblilərlə müzakirələr təşkil olundu. Uşaqlardan olduqca maraqlı yanaşmalar eşitdik. Düşünürəm ki, bu fikirlərin gələcəkdə çəkiləcək cizgi və animasiya filmlərinə təsiri olacaq”.
   Fevralın 15-ə qədər müxtəlif məktəblərdə Azərbaycan və rus bölməsi şagirdlərinə “Səmada şəkil”, “Siçan və pişik”, “İt sərgisi”, “Xeyirxah kirpi” cizgi filmləri nümayiş olunacaq. Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - “Cizgi filmləri bayramı” təşkil olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar