Avqustun 1-də Almaniyanın Darmştat şəhərində soydaşımız, tanınmış bəstəkar Arif Mirzəyevin konserti keçiriləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan konsertdə bəstəkar həm müəllif mahnılarını, həm də alman bəstəkarı İohann Sebastian Baxın əsərlərini səsləndirəcək.
Uzun müddətdir Avropada yaşayan və fəaliyyət göstərən bəstəkarın əsərlərində Azərbaycan musiqisini əks etdirən motivlər xüsusilə seçilir. Arif Mirzəyev Şərq və Qərb mədəniyyətini əsərlərində ən gözəl çalarları ilə nümayiş etdirən bəstəkarlardandır. O, dünyada alman bəstəkarı Baxın musiqiləri üzrə mütəxəssis sayılır.