AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dissertantı Faiq Əliyevin ali məktəblər üçün “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərs vəsaiti çapdan çıxıb. Nəşrin elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri professorlar Kamandar Şərifli və Əsgər Rəsulovdur.

Dərslik Azərbaycan ədəbiyyatının ən qədim dövrlərdən XVIII əsrə qədər olan mərhələlərini əhatə edir. Kitaba Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Sözün tarixi - millətin tarixi” adlı müqəddimə yazıb.