Sentyabrın 22-də Heydər Əliyev Sarayında ilk dəfə olaraq “Brodvey müzikl” təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, teatr, musiqi, mahnı və rəqslərlə dolu, inanılmaz sevgi, sadiqlik, bütün sınaqlardan keçmiş və möcüzələr yaradan incəsənət bir arada təqdim olunacaq. Dünya premyerası çərçivəsində təqdim olunacaq müzikldə Nyu-Yorkun beş ən uğurlu və məşhur səhnəcikləri də canlı şəkildə göstəriləcək.

Müziklin rejissoru Pol Qordon Emerson (ABŞ), xoreoqrafı Filip Baraoidan (ABŞ), musiqi direktoru Amikaeyla Gastondur (ABŞ).