Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin bölgə ölkələri üzrə kurs proqramları direktorluğu türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində yay məktəbi təşkil edib.

Bakı Dövlət Universitetindən (BDU) bildiriblər ki, yay məktəbinə Azərbaycandan və İraqdan universitetlərin və orta məktəblərin müəllimləri, eləcə də tələbələr qatılıb. BDU-nun “Türkoloji araşdırmalar” elmi tədqiqat laboratoriyasının əməkdaşları və Filologiya fakültəsinin tələbə elmi birliyinin üzvləri də layihədə iştirak ediblər. Onlara “Səs bilgisi”, “Türk xalq ədəbiyyatı”, “Əski türk ədəbiyyatı”, “Dil və mədəniyyət”, “Yaşayan türk dilləri”, “Yazılı və şifahi nitqdə normanın pozulma halları”, “Yeni türk ədəbiyyatı” üzrə dərslər tədris olunub. Dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri keçiblər.

Kursların yekununda bütün iştirakçılar test imtahanı veriblər. Yüksək nəticə göstərənlərə sertifikatlar təqdim olunub.