Qırğızıstanda bu ilin sentyabrında keçiriləcək III Dünya Köçəri Oyunlarına qızğın hazırlıq gedir.

Yerli medianın yazdığına görə, oyunlar zamanı göstəriləcək teatrlaşdırılmış tamaşalarda ölkənin müxtəlif regionlarını təmsil edən 200 nəfərdən artıq kaskadyor, yüzlərlə rəqqas və aktyor çıxış edəcək. Teatrlaşdırılmış səhnələrin repetitoru Sırqa Latıpova bildirib ki, kütləvi səhnələrin məşqlərində «Şattık» ansamblı ilə yanaşı 500 rəqqas məşğuldur. Yeniyetmələrin, ali məktəb tələbələrinin iştirak etdiyi nömrələrdə onlarla  ölkənin təcrübəli xoreoqrafları,  baletmeyster və pedaqoqları məşğul olurlar.

Məşqlər Bişkekdə avqustun 28-dək davam edəcək. Sonrakı məşqlər isə İssık-Kulda, oyunların keçiriləcəyi cıdır meydanının əsas səhnəsində aparılacaq. 

 Mədəniyyət proqramının məsul rejissoru Talant Apiyev bildirib ki, bu dəfə Dünya Köçəri Oyunlarının tamaşaçıları qırğızların qədim tarixinin mənzərəsini yaradan möhtəşəm teatrlaşdırılmış proqramı seyr edəcəklər.