Azərbaycan Tərcümə Mərkəzinin növbəti beynəlxalq nəşri – “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” (poeziya) kitabı Belarusda işıq üzü görüb.

Antologiyada Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Hüseyn Arif,  Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Mədinə Gülgün, Əliağa Kürçaylı, Əli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif Səmədoğlu, Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Adil Mirseyid, Rüstəm Behrudi və Salam Sarvanın əsərləri toplanıb.

Kitabı belarus dilinə tanınmış şairlər T.Sivets, H.Qalparoviç, Y.Aleyçanka, V.Raduk, Y.Mastak və V.Vaşcanka tərcümə edib.

Azərbaycan və Belarus ədəbi münasibətlər tarixində ilk hadisə olan bu nəşr “Zvyazda” nəşriyyatı tərəfindən çap olunub. Nəşrin tərtibçisi T.Sivets, redaktoru V.Katseviçdir.