Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına Beynəlxalq mükafat laureatı maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

Mənzil-muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, tədbirdə arxiv materialları əsasında Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, Niyazinin dirijorluğu ilə konsertlərdən videofraqmentlər nümayiş olunacaq. Həmin gün muzeydə “açıq qapı günü” olacaq.