“Oskar” mükafatı 85-ci dəfə sahiblərini tapdı
   
   Fevralın 24-də ABŞ-ın Los-Anceles şəhərində Amerika Kino Akademiyası 2012-ci ilin ən yaxşı filmləri və aktyorlarını elan edib. Artıq 85-ci dəfə təşkil edilən mükafatlandırma mərasimində “Ən yaxşı film” nominasiyasında “Oskar”ı Ben Afflekin çəkdiyi “Arqo əməliyyatı” qazanıb.
   
   Mükafatın qalibini ABŞ-ın birinci xanımı Mişel Obama elan edib. Filmdə 1979-cu ildə İranda İslam inqilabından sonra ABŞ-ın Tehrandakı səfirliyində girov götürülən amerikalı diplomatların azad edilməsindən bəhs olunur. Ben Afflek özü filmdə Mərkəzi Kəşfiyyat İdarəsinin agenti rolunu oynayıb.
   2012-ci ilin “Ən yaxşı kino aktyoru” ABŞ-ın mərhum prezidenti Avraam Linkoln rolunu oynayan Deniel Dey-Luis seçilib. Bu, artıq onun üçüncü “Oskarı”dır. “Ən yaxşı aktrisa” nominasiyasında “Oskar”ı isə “Sevdiyim oğlan dəlidir” filmində çəkilən Cennifer Lourens alıb.
   Mərasim Avstriya kinematoqrafçıları üçün xüsusilə əlamətdar olub. “Xarici dildə ən yaxşı film” nominasiyasında avstriyalı rejissor Mixael Hanekenin quruluş verdiyi “Sevgi” (“Amour”) filmi “Oskar” mükafatına layiq görülüb. Avstriyalı aktyor Kristof Valts isə “Ən yaxşı köməkçi kişi rolu” nominasiyası üzrə Kventin Tarantinonun çəkdiyi “Azad edilmiş Canqo” (“Django Unchained”) filmində canlandırdığı doktor Kinq Şults obrazına görə təltif olunub.
   "Ən yaxşı rejissor işi" nominasiyasında “Pinin həyatı” ("Life of Pi") filminə görə Anq Lee, "Ən yaxşı köməkçi qadın rolu" nominasiyasında “Rədd edilmiş” ("Les Miserables") filminə görə Enn Hetvey, "Ən yaxşı sənədli film" nominasiyasında “Şəkər adamın axtarışı” (“Searching For Sugar Man") filmi “Oskar” qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar