Rauf Hacıyevin mahnılarından ibarət konsert keçiriləcək

Oktyabrın 4-də Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ-nin Xalq artisti, professor Rauf  Hacıyevin mahnılardan ibarət konsert proqramı keçiriləcək.

Rauf Hacıyevin estrada mahnıları, operettaları, teatr tamaşaları və filmlərə yazdığı musiqiləri tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayıb.

Gecədə respublikanın tanınmış sənətkarları – xalq artistləri Brilliant Dadaşova, Mübariz Tağıyev, Azər Zeynalov, Ənvər Sadıqov, əməkdar artistlər İlqar Muradov, Anar Şuşalı, Sevda Ələkbərzadə, Tünzalə Ağayeva, Teymur Əmrah, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Eldar Qasımov, Emiliya Yaqubova, Taleh Yəhyayev, Zamiq Hüseynov, Fuad Musayev,  “Qaya” qrupu və başqaları iştirak edəcəklər.

Konsertdə bəstəkarın musiqisevərlər və ifaçılar arasında populyarlıq qazanan “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və digər mahnıları səsləndiriləcək.