Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycanın caz musiqisi təqdim olunacaq.

Avqustun 30-da İsfar Sarabskinin triosu və Şəhriyar İmanov “Azərbaycan cazı” adlı konsert proqramı ilə çıxış edəcəklər.

Qeyd edək ki, bu, uzaq Latın Amerikası ölkəsində Azərbaycan musiqisinin ilk təqdimatı deyil. 2015-ci ilin aprel ayında Rio-de-Janeyro şəhərində keçirilmiş Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrinin “Qarabağ” muğam triosu ilə birgə konsertləri böyük maraq doğurmuşdu.