Alimlər İngiltərənin Dorset bölgəsindəki qayalıq ərazidə dinozavrlara aid ayaq izləri aşkar ediblər. İzlərin 140 milyon il əvvəlki dövrə aid olduğu bildirilib.

İngiltərənin cənub sahillərində yaşadığı bildirilən dinozavr otyeyən Sauropoda növünə aiddir. Sauropoda növü dinozavrların arasında ən böyükləri kimi səciyyələndirilir. Onların uzunluqları 40 metrə, çəkiləri isə 80 tona çatıb.

Ayaq izlərinin zərər verilmədən ortaya çıxarıldığı və muzeydə nümayiş etdiriləcəyi bildirilir. Eyni bölgədə 1997-ci ildə də dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib.