2012-ci ildə gənc kinematoqrafçılar üçün nüfuzlu mükafat sayılan “Tələbə Oskarı”na layiq görülmüş rejissor Elmar İmanov növbəti filmini Azərbaycanda çəkməyi planlaşdırır. On üç yaşından Almaniyada yaşayan və orada Beynəlxalq Kino Məktəbində təhsil alan həmyerlimiz tammetrajlı filmin ssenarisi üzərində işləyir.
   Rejissor keçən il Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatının 39-cu təqdimat mərasimində bürünc mükafata layiq görülən diplom işini - “Tabutçunun yelləncəyi” filmini də Azərbaycanda lentə almışdı.
   Rejissorun yeni filmində qəhrəmanları canlandıracaq aktyorların hansı dildə danışacağı isə hələlik məlum deyil. Müxtəlif ölkə kinematoqrafçılarından təsirlənən Elmar İmanov Azərbaycan kinosunu da yaxından izləyir. Onun ən sevdiyi ekran əsəri isə rejissor Şamil Mahmudbəyovun “Şərikli çörək” filmidir. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar