Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Türkdilli əlyazmalar kataloqu” nəşrə hazırlanıb.

İnstitutdan bildiriblər ki, kataloqda bu elm müəssisəsində saxlanılan Azərbaycan, türk, özbək, türkmən və digər türk dillərində müxtəlif illərdə yazılmış ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir.

Kataloqun tərtibçisi institutun şöbə müdiri, professor Azadə Musayeva, elmi redaktoru elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.