Martın 12-də Gürcüstan paytaxtı Tiflisdə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunmuş “Sübhün səfiri” filminin təqdimatı keçirilib. Ötən il “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğludur.
   Nodar Dumbadze adına teatrda ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində bu ölkənin mədəniyyət naziri Quram Odişariya yaradıcı heyəti və ssenari müəllifi Anarı maraqlı film münasibətilə təbrik edib: “Yazıçılar, şairlər, eyni zamanda onların yaratdığı əsərlər bir xalqa məxsus deyil, o, hamınındır. Mən çox sevinirəm ki, bu gün Tiflisdə yaşayıb-yaradan Azərbaycan dramaturqunun 200 illiyi qeyd edilir”.
   Xalq yazıçısı Anar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib: “Mirzə Fətəli Axundzadə Tiflisdə yaşayıb, yazıb-yaradıb. O, burada yeni əlifba uğrunda mübarizə aparıb, gürcü və Azərbaycan xalqının dostluğunun əsasını qoyub”.
   Çıxışlardan sonra “Sübhün səfiri” filmi gürcü dilində titrlərlə nümayiş olunub.
   Teatrın foyesində M.F.Axundzadənin əsərlərinin əlyazmaları, teatr afişaları, komediyalarına rəssamlar tərəfindən çəkilən rəsmlərin və Azərbaycanın məşhur teatr xadimlərinin fotolarından ibarət sərgi də təşkil edilib. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar