Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Mənim doğmalarım” adlı sənədli filmi aprelin 19-26 İsveçrənin Non şəhərində keçiriləcək “Visions du Reel” beynəlxalq sənədli filmlər festivalında nümayiş olunacaq. Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə olaraq Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.
   Ekran əsəri “Sinema Evi” (Azərbaycan) və "DS Film" (Rusiya) şirkətləri tərəfindən Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. Filmin rejissoru Rodion İsmayılov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmayılov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar