Rusiyanın Birinci kanalı 26-29 iyul tarixində Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının nümayişini davam etdirir.

Rusiya Federasiyasının Əməkdar artisti Valeri Meladzenin festival çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi avqustun 24-də telekanalda yayımlanacaq. Tamaşaçılar Valeri Meladzenin, onun Ani Lorak, Albina Canabayeva, Diana Arbenina, Qriqori Leps, Emin və başqaları ilə duetlərini dinləyəcəklər. Konsertdə, həmçinin Polina Qaqarina, Slava, Vera Brejneva, Yuliya Kovalçuk, Aleksandr Panayotov, MBand, A’Studio qrupları və başqaları çıxış edəcəklər.