Türkiyənin Fəthiyə şəhərində yaşayıb-yaradan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya…” adlı şeirlər kitabı Azərbaycan dilində işıq üzü görüb.

Nəşrdə şairin fəlsəfi düşüncələri, sətiraltı incə yumora köklənən şeirləri toplanıb. Bu, şairin Azərbaycan oxucusu ilə ilk görüşüdür.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə “XAN” nəşriyyatında nəfis şəkildə işıq üzü görən kitabdakı şeirləri dilimizə şairə Nazilə Gültac uyğunlaşdırıb. Nəşrin redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır.