Rejissor Şamil Əliyevin “Çöllü” filmi mayın 21-31-də Rusiyanın Xabarovsk şəhərində keçiriləcək “Qızıl pəhləvan” beynəlxalq kinofestivalına dəvət alıb. Bu, ekran əsərinin dəvət aldığı səkkizinci festivaldır.
   Film “Didor” V Beynəlxalq festivalının (Düşənbə, Tacikistan) “Nağılvari gerçəkliyə görə” adlı xüsusi diplomuna layiq görülüb, həmçinin “Kinoşok-2012” (Rusiya, Anapa), “Avrasiya” (Qazaxıstan, Almatı), “Qaranlıq gecələr” (Tallinn, Estoniya), 35-ci Qahirə, 13-cü Tbilisi və 24-cü Ankara kinofestivallarında iştirak edib.
   “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Xəlil Aminov, bəstəkarı Rauf Əliyev, prodüseri Müşviq Hətəmovdur.
   Rollarda Bəhruz Vaqifoğlu (gənc çölçü), Vidadi Həsənov (ahıl çölçü), Cavidan Məmmədli (balaca çölçü), habelə Salome Demuria, Vüsal Mehrəliyev və başqaları çəkiliblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar