Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti oktyabrın 11-də gerçəkləşəcək.
Konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.
Konsertdə respublikanın tanınmış xanəndələri muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
Qeyd edək ki, “Muğam axşamları” layihəsi bu ilin mayında başlanıb. Layihənin ikinci mərhələsinin noyabrın 1-də keçiriləcək növbəti konsertində “Orta mahur” və “Rahab” muğamlarına yer veriləcək.