Türkmənistanın Avaza Milli Turizm Zonasının Konqres Mərkəzində Aralı Xilasetmə Beynəlxalq Fondunun təsisçilərinin – dövlət başçılarının sammiti keçirilib.
Mərkəzi Asiyanın beş respublikasının rəhbərinin qatıldığı toplantıda qlobal iqlim dəyişikliyi kontekstində Aral gölünün ekologiyasının yaxşılaşdırılması, regional gündəmin digər əhəmiyyətli mövzuları ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Aral gölü 1960-cı ildə dünyada sahəsinə görə dördüncü göl sayılırdı. Ötən dövrdə gölün sahəsi iki dəfə kiçilib, suyun səviyyəsi 18 metr aşağı düşüb. Göldə suyun duzluluğu artdığına görə balıq ehtiyatları tamamilə tükənib, ekoloji fəlakət zonası yaranıb.
G.MİRMƏMMƏD