“PAŞA Bank”ın maliyyə dəstəyi ilə “Narimanfilm” və İtaliyanın Torre kino şirkətlərinin birgə istehsalı olan “9x9” qısametrajlı bədii filmi Kann kinofestivalının “Qısa metr” proqramında iştirak etmək üçün seçilib.
   
   “Narimanfilm” kino şirkətindən bildiriblər ki, filmin çəkilişləri Bakıda və İtaliyanın Verona şəhərində aparılıb. Ssenari müəllifi və rejissoru Radmila Qordiç, prodüserləri Nəriman Məmmədov və Radmila Qordiçdir.
   “9x9” qısametrajlı bədii filmi bir memarın öz evindən ofisə qədər olan səyahətindən bəhs edir. Biz yalnız onun kölgəsini görürük. Onun qızmar günəş altındakı velosiped gəzintisi yaradıcılıq prosesinin dərinliyinə doğru səyahətə çevrilir. Divarlar, küçələr, şən uşaq səsləri, qədim xarabalıqların müqəddəs sükutu, təzə yuyulmuş camaşır və ya təzə bişmiş çörəyin ətri, xüsusi işıqlandırma bizi yol boyu müşayiət edir. Memarın düşüncələri heç vaxt onu tərk etmir. O öz xüsusi dünyagörüşünü və ömür yolunda yığdığı təcrübəni birləşdirərək böyük bir ideya yaratmağa çalışır: 9x9.
   Qeyd edək ki, bu il Kann kinofestivalı mayın 15-dən 26-dək keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar