Avqustun 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Məhsəti” Qadın Şairlər Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş “Müsəlləh əsgərəm mən də bu gündən!” adlı tədbir keçirilib.

İctimai birliyin sədri Cəvahir Qaraqızı və digər çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərində hərbçilərimizin göstərdiyi qəhrəmanlıqdan söz açıb, onların ömür yolunun gənc nəsil üçün örnək olduğunu söyləyiblər.

Məclis üzvləri Aprel döyüşlərində igidlik nümunəsi olan əsgər və zabitlərə həsr etdikləri şeirləri səsləndiriblər. Bildirilib ki, bu mövzuda şeirlərdən ibarət “Müsəlləh əsgərəm mən də bu gündən!” adlı toplu nəşr olunacaq.