Bu il Vyetnamda tikilən “Qızıl körpü”nü dünyanın 8-ci möcüzəsi adlandırırlar.
Qeyri-adi arxitektura layihəsi ölkənin Ba Na Hills kurort şəhərciyində həyata keçirilib. Layihənin reallaşmasına 2 milyon dollar xərclənib. Körpü unikal olmaqla nəhəng daş qayaların üzərindən salınıb və ətrafdakı gözəllikləri seyr etmək üçün baxış meydançası rolunu oynayır.
“Qızıl körpü”dən keçmək istəyənlərin sayı çoxdur. Vyetnam hakimiyyəti hesab edir ki, gözəl təbiət qoynunda salınmış körpü hər il yüz minlərlə turisti ölkəyə cəlb edəcək.