Sentyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası fəaliyyətə başlayır. Sentyabrın 9-dək davam edəcək sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli kitab sənəti nümayiş olunacaq.

Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150-dən çox adda nəşr məhsulu ziyarətçilərə təqdim ediləcək. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlar, digər aidiyyəti qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılıb.