Xəbər verildiyi kimi, sentyabrın 2-də Qırğızıstanın Çolpon-Ata şəhərində III Dünya Köçəri Oyunları başlanıb. Sentyabrın 8-dək davam edəcək yarışlarda 30-dan çox idman növü üzrə 80-dək ölkədən idmançılar iştirak edir.

Qırğızıstanda Dünya Köçəri Oyunları ilk dəfə 2014-cü ildə, ikincisi 2016-cı ildə keçirilib. IV Dünya Köçəri Oyunlarının isə Türkiyədə keçirilməsi nəzərdə tutulur. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun görüşündə razılıq əldə edilib.

GÜLCAHAN