Sentyabrın 18-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni mövsümü açacaq. Həmin gün teatrın musiqi kollektivi möhtəşəm konsert proqramı təqdim edəcək.

Direktor müavini İlqar Musayev deyib ki, Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılmış estrada-simfonik orkestrinin müşayiəti ilə reallaşacaq konsertdə respublikanın tanınmış ifaçıları səhnəyə çıxacaq.

Bundan başqa, sentyabrın 22-də teatrda növbəti konsert olacaq. Proqram dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.