Oktyabrın 16-da Heydər Əliyev Sarayında “Şanson gecəsi” adlı konsert proqramı keçiriləcək.

Konsertdə tanınmış şanson ifaçıları Cəlal Abbasov, Ceyhun Bakinski, Hava Dolev, Flora Eyvazova, Şakir Mərdanov, Şamil Kərimov, Oleq Selin, Bayram Cəlilov və başqaları iştirak edəcəklər.

Konsertdə tamaşaçılara yeni, maraqlı və fərqli proqram təqdim olunacaq. Müğənnilər konsertdə hər zaman populyarlığını saxlayan şanson janrında mahnılarla yenidən bakılıları və şəhərimizin qonaqlarını sevindirəcəklər.