Sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın klassik musiqi ifaçısı Yosuke İrie şakuhaçi musiqi alətində ifalar səsləndirəcək.
Mərkəzdən bildirilib ki, milli yapon musiqilərindən ibarət gözəl konsert proqramında hər kəsin iştirak etmək imkanı var. Şakuhaçi bambukdan hazırlanmış nəfəsli musiqi alətidir və Yaponiyada qədim dövrlərdən bəri ifa edilir. Konsertə giriş sərbəstdir.