Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılıb. Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşan sərgi “Yeni bir dünya kəşf et” adı altında keçirilir.

Dördüncü dəfə təşkil olunan sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan 200-dən çox nəşriyyat və poliqrafiya şirkəti iştirak edir.

Sentyabrın 9-dək davam edəcək sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.