Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti Arif Məlikovun 85 illik yubileyi münasibətilə fortepiano və orkestr üçün konsert səslənəcək.
Konsert Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq. Konsertdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova) çıxış edəcək. Solisti Xalq artisti Murad Adıgözəlzadə olan konsert çərçivəsində bəstəkarın əsərləri ilə yanaşı, digər Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.