Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh  adına Mərkəzi kitabxanası “Kitabxanaya kitab hədiyyə edirik” adlı aksiya keçirir. Aksiyaya müxtəlif peşə sahibləri, oxucular qoşulub.

Avqust ayında aksiyada iştirak edənlər kitabxanaya 134 kitab və jurnal təqdim ediblər. Onların arasında Yazıçılar Birliyinin üzvləri Hicran Hüseynova, Mina  Rəşid, Bakı Dövlət Universitetinin doktorantı Ülvi Mikayıl, yazıçı-publisist Zöhrə Əsgərova, Almaniyada yaşayan soydaşımız, uşaq şairi Simax Şeyda, publisist-politoloq Reyhan Mirzəzadə, AMEA-nın elmi işçisi  Xanım Mehdixanlı, iqtisadçı-ekspert Məhərrəm Məmmədov, 13 saylı məktəbin şagirdi Nuray Cəfərova və başqaları var.

Aksiya sentyabr ayında başa çatacaq.