Türkiyənin Egey dənizi sahilindəki qədim Erdemit şəhəri beşinci dəfə rok musiqisi heyranlarını Zeytunlu məhəlləsinə yığıb. Zeytunlu avqustun 29-dan sentyabrın 2-dək 95 yerli və əcnəbi musiqiçiyə qucaq açıb.

Açıq hava altında keçirilən festival konsertlərini isə ümumilikdə 250 min nəfərədək rok heyranı dinləyib. 

Türkiyənin “Murder Kinq”, “Black Tooth”, “Sails of Serenity”, “The Madcap” kimi metal-rok  musiqi qrupları, eləcə də yaxın-uzaq ölkələrdən gəlmiş rokçular hər axşam üç böyük səhnədə çıxış ediblər. Əlli ildən bəri “hevi-metal” janrında çıxış edən əfsanəvi “Pentaqram” qrupunun konserti isə xüsusi coşqu ilə qarşılanıb. Festivalın bağlanış konsertində çıxış etmək şərəfi isə Braziliyanın “Sepultura” qrupuna nəsib olub.

GÜLCAHAN