Çexiyanın paytaxtı Praqanın Qoleşovitse sərgi kompleksində 120-dən çox rəssamın iştirakı ilə “Ateliér ART Fest” adlı incəsənət yarmarkası keçirilib.
Sərgidə müxtəlif ölkələrdən rəssam, heykəltəraş və memarlar öz əl işlərini təqdim ediblər.
“Ateliér ART Fest” yarmarkası ziyarət edənlər üçün həm müasir incəsənətlə tanış olmaq, həm də əsərləri müvafiq qiymətə əldə etmək imkanı yaradıb. Festivalın müşayiət proqramı – mühazirələr, rəssamlarla söhbətlər, ustad dərsləri və s. yarmarkanın bir hissəsinə çevrilib.